Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasına (Energy Regulators Regional Association - ERRA) üzv qurumların rəhbərlərinin oktyabrın 13-də Ankarada keçirilən görüşündə iştirak edib.
Energetika naziri Pərviz Şahbazov Naxçıvanda "Naxçıvan Enerji" MMC-nin inzibati binasında vətəndaşları qəbul edib.
2025-ci ilin III rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 3558 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 504-ü məlumat üçün olmaqla 3236 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 36-sı məlumat xarakterli olmaqla 251 müraciət olunub. İstilik təchizatı ilə bağlı 6-sı məlumat üçün olmaqla 14 müraciət edilib. Digər məsələlərlə bağlı isə 10-u məlumat üçün olmaqla 57 müraciət göndərilib.
2025-ci ilin sentyabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 921 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 149-u məlumat üçün olmaqla 819 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 8-i məlumat xarakterli olmaqla 84 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 2 müraciət edilib. Digər məsələlərlə bağlı 2-si məlumat üçün olmaqla 16 müraciət göndərilib.
Sentyabrın 30-da Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) qaz təchizatı üzrə böyük mütəxəssis Robert van der Geestin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Energetika Nazirliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.
EMTA-da energetika sahəsi üzrə iqtisadçı Senad Mrkaljeviçin rəhbərlik etdiyi Asiya İnkişaf Bankının məsləhətləşmə missiyasının nümayəndələri ilə görüş keçirilib.
İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirilib.
Sentyabrın 3-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) mütəxəssisləri arasında Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun onlayn görüşü keçirilib.
2025-ci ilin II rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 2183 müraciət daxil olub.
2025-ci ilin iyun ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 647 müraciət daxil olub.
İyulun 4-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru Bapa Janıbekovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Hüquqi təminat və təhlil şöbəsinin müdiri Leyla Cəfərova Brüsseldə keçirilmiş “EU4Energy” proqramının II mərhələsi – “Şərq tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” layihəsinin yekun regional konfransı çərçivəsində “Şərq tərəfdaşlığı regionunda enerji sahəsində islahatlar, davamlı enerji inkişafında çağırışlar və imkanlar” mövzusunda panel müzakirələrində iştirak edib.
Energetika naziri Pərviz Şahbazov Qusarda vətəndaşları qəbul edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə birgə onlayn seminar təşkil edilib.
2025-ci ilin may ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı EMTA-ya bilavasitə və Energetika Nazirliyindən 660 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 94-ü məlumat üçün olmaqla 574 müraciət edilib.
İyunun 4-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Bakı Konqres Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 3-4 iyun tarixində keçirilən 30-cu Yubiley Bakı Enerji Forumunun “Elektrik enerjisinin istehsalı və şəbəkə infrastrukturunun inkişafı: gələcəyin enerji təchizatı” mövzusunda plenar müzakirələrində iştirak edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi arasında Enerji effektivliyi fondunun fəaliyyəti çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmləri və banklarla əməkdaşlıq imkanlarının müzakirəsi ilə bağlı görüş keçirilib.
Mayın 20-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Moldovanın Milli Enerji Tənzimləmə Qurumunun (ANRE) baş direktoru Aleksey Taranın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki tənzimləyici qurum arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Energetika naziri Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib.