Qaz təchizatı üzrə layihələrin razılaşdırılması
Qaz təchizatı üzrə layihələrin razılaşdırılması
  • Kateqoriyaxidmet


Xidmətin məzmunu


EMTA ilə qaz təchizatı üzrə layihələrin razılaşdırılması

Xidmətin həyata keçirilməsi müddəti: 5 iş günü

 Xidmət haqqı: Ödənişsizdir


Filiallarda bu xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti


Günlər : Bazar ertəsi - cümə günləri

İşin başlama vaxtı :                        09:00

İşin sona çatma vaxtı :                   18:00

Fasilənin başlama vaxtı :                13:00

Fasilənin sona çatma vaxtı :           14:00

Qeyd: Filialların yerləşdiyi ünvanlar barədə məlumatı bu linkdən əldə edə bilərsiniz.


Xidmətin həyata keçirilməsinin dayandırılması şərtləri


Xidmətin icrası  mövcud qanunvericiliyə əsasən aşağıdakı hallarda dayandırıla bilər:

  • Lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
  • Lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə;
  • Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda.

İcazənin verilməsindən imtina


  • Ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda;
  • Ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər


  • Ərizə
  • Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti
  • Ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa)
  • Qaz paylayıcısı tərəfindən verilmiş texniki şərt
  • Qaz paylayıcısı ilə razılaşdırılmış qaz təchizatı layihəsi

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar


1. İcazənin alınması üçün icazə verən orqana ərizə təqdim edilir.

Ərizənin təqdim edilmə üsulu: Yazılı formada - şəxsən və ya poçt vasitəsilə, yaxud elektron üsulla

  • Ərizəçinin müraciət etdiyi icazə verən orqanın adı
  • Ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar
  • Ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı
  • Tələbin qısa məzmunu
  • Ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası
  • Hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü
  • Ərizəyə əlavə edilmiş sənədlərin siyahısı

2. Ərizəyə göstərilən sənədlər qoşma kimi əlavə edilir (icazə verən orqanın özü həmin sənədlər barədə məlumatları əldə edə bilmədikdə). Ərizə yuxarıdakı tələblərə cavab vermədikdə, icazə verən orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.

3. İcazə verən orqan sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.

4. Ərizə icazə verən orqan tərəfindən qəbul edilir və qeydiyyata alınır.

5. İcazə verən orqan ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq icazə verən orqan onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.

6. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

7. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 iş günü ərzində göstərilən müddətdə aradan qaldırmadıqda icazə verən orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

9. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra icazənin alınması üçün təkrar ərizə ilə icazə verən orqana müraciət edə bilər.

10. İcazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən yuxarıda qeyd olunan müddətdən gec olmayaraq icazəni verir (müqaviləni imzalayır və ya ərizəçiyə münasibətdə tələb olunan hər hansı digər hərəkəti edir) və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

11. İcazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən icazə imzalanır və möhürlə təsdiq edilir.

 

*Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları