Sənaye qaz qurğularının istismarına icazə
Sənaye qaz qurğularının istismarına icazə
  • Kateqoriyaxidmet

Xidmətin məzmunu


 Energetika Nazirliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə verilməsini əhatə edir.

Xidmətin həyata keçirilməsi müddəti: 7 iş günü

 Xidmət haqqı: Ödənişsizdir


Filiallarda bu xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti


Günlər : Bazar ertəsi - cümə günləri

İşin başlama vaxtı :                        09:00

İşin sona çatma vaxtı :                   18:00

Fasilənin başlama vaxtı :               13:00

Fasilənin sona çatma vaxtı :          14:00  

QEYD: Filialların yerləşdiyi ünvanlar barədə məlumatı bu linkdən əldə edə bilərsiniz. 


Xidmətin həyata keçirilməsinin dayandırılması şərtləri


Xidmətin icrası  mövcud qanunvericiliyə əsasən aşağıdakı hallarda dayandırıla bilər:

  • Lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
  • Lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə;
  • Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda.

İcazənin verilməsindən imtina 


  • Ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda;
  • Ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə.


Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər


  • Ərizə
  • Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış
  • Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti
  • Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti
  • Ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa)
  • Energetika Nazirliyi tərəfindən həmin qurğunun yoxlanılmasını və sınaqdan keçirilməsini təsdiq edən müvafiq sənədlər və hesabat
  • Qaz paylayıcısı tərəfindən verilmiş texniki şərt
  • Tikinti-quraşdırma işlərini aparmış ixtisaslaşdırılmış müəssisə və ya qaz paylayıcısı ilə sifarişçi arasında təhvil-təslim aktı
  • Buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt
  • Qaz təchizatı layihəsi (Qaz paylayıcı və FHN-nin aidiyyatı qurumu ilə razılaşdırılmış)
  • Qaz sayğacının quraşdırılması aktı
  • Qaz sayğacının istismara yararlılığı haqqında arayış
  • Quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları
  • Uyğunluq sertifikatı

Qeyd: Yaşayış binalarında quraşdırılmış sayğacların adlı siyahısı (dislokasiya) təqdim edilməlidir. Siyahı, sifariş və tikinti-quraşdırma təşkilatı tərəfindən imzalanaraq möhürlənməlidir.


Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar


1. İcazənin alınması üçün icazə verən orqana ərizə təqdim edilir.

Ərizənin təqdim edilmə üsulu:

Yazılı formada: şəxsən və ya poçt vasitəsilə, yaxud elektron üsulla


Ərizədə göstəriləcək məlumatlar

  • Ərizəçinin müraciət etdiyi icazə verən orqanın adı
  • Ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar
  •  Ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı
  • Tələbin qısa məzmunu
  • Ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası
  • Hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü
  • Ərizəyə əlavə edilmiş sənədlərin siyahısı

2. Ərizəyə göstərilən sənədlər qoşma kimi əlavə edilir (icazə verən orqanın özü həmin sənədlər barədə məlumatları əldə edə bilmədikdə). Ərizə yuxarıdakı tələblərə cavab vermədikdə, icazə verən orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.

3. İcazə verən orqan sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.

4. Ərizə icazə verən orqan tərəfindən qəbul edilir və qeydiyyata alınır.

5. İcazə verən orqan ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq icazə verən orqan onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.

6. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

7. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 iş günü ərzində göstərilən müddətdə aradan qaldırmadıqda icazə verən orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

8. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra icazənin alınması üçün təkrar ərizə ilə icazə verən orqana müraciət edə bilər.

9. İcazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən yuxarıda qeyd olunan müddətdən gec olmayaraq icazəni verir (müqaviləni imzalayır və ya ərizəçiyə münasibətdə tələb olunan hər hansı digər hərəkəti edir) və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

10. İcazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən icazə imzalanır və möhürlə təsdiq edilir.

*Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları