“Elektroenergetika haqqında” Qanunun 8.1.4-cü maddəsinə edilən dəyişikliyin (Elektrik qurğularının istismarına icazənin güc həddinin 150 kVt-dan 200 kVt-a dəyişdirilməsi) istehlakçılara nə kimi təsirləri olacaq?
  • KateqoriyaElektrik enerjisi

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklik istehlakçıların tələb olunan gücü 200 kVt-dək (200 kVt da daxil olmaqla) olan elektrik qurğularının şəbəkəyə qoşulmasının sadələşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, tikinti obyektlərinin tələb olunan elektrik gücü 200 kVt-dək (200 kVt da daxil olmaqla) olan tikinti obyektlərinin elektrik qurğularının elektrik şəbəkəsinə qoşulmasına icazə alınması tələb olunmayacaq. Gücü yalnız 200 kVt-dan yuxarı olan elektrik qurğularının istismara buraxılışı isə 01 yanvar 2024-cü il tarixindən etibarən sözügedən qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək.

Sözügedən dəyişiklik gücü 200 kVt-dək (200 kVt da daxil olmaqla) olan  elektrik qurğularının istismarının sadələşdirilməsi ilə yanaşı, icazə tələbinin aradan qaldırılmasına, Dünya Bankının “B-Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru üzrə reytinq cədvəlində Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına xidmət edəcək.