Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Qaz təchizatı şəbəkəsinə qoşulma
İstehlakçıların tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatı sisteminə dair Qaydalar” ilə müəyyən edilir.
Tələb olunan məlumatlar
Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi üçün sifarişçidən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, aşağıda qeyd olunan məlumatlar tələb olunur:
Tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir.
Məbləğ
|
Xidmətin adı
|
Ölçü vahidi
|
Ödəniş məbləği (manat, ƏDV ilə)
|
| Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması | 1 qoşulma | 271 |
Mənbə: Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” 3 may 2024-cü il tarixli 5 nömrəli Qərarı
Qaz sayğacının quraşdırılması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.