Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Elektrik şəbəkəsinə qoşulma
Əhali qrupuna aid istehlakçıların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (tələb olunan gücü 200 kVt-a qədər (200 kVt daxil olmaqla 0,4 kV-luq şəbəkədən) elektrik şəbəkəsinə qoşulma qaydası və müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar” ilə müəyyən olunur.
Elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət
Əhali qrupuna aid istehlakçılar mövcud və ya inşa ediləcək tikinti obyektlərini elektrik enerjisi (gücü) ilə təmin etmək üçün "ASAN xidmət", "ASAN Kommunal", kiçik və orta biznes evlərinə (KOB evləri) və ya elektron hökumət portalı vasitəsilə müraciət edə bilərlər.
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün tələb olunan məlumatların (sənədlərin) siyahısını bu linkə daxil olaraq əldə edə bilərsiniz.
Qoşulma xidmətinə görə ödəniş məbləğləri
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğləri Azərbaycan Respublikasının Tarif Şurasının 03 may 2024-cü il tarixli 4 nömrəli Qərarı ilə müəyyən olunur.
İşğaldan azad edilmiş ərazilərdə elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğləri Azərbaycan Respublikasının Tarif Şurasının 03 may 2024-cü il tarixli 4 nömrəli Qərarına əlavə edilmiş 1-1-ci hissə ilə aşağıdakı kimi müəyyən edilmişdir:
Elektrik sayğacının quraşdırılması
Əhali qrupuna aid istehlakçının elektrik sayğacı ilə təmin olunması enerjitəchizat müəssisəsinin vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
Yaşayış binalarının elektrik şəbəkəsinə qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin elektrik şəbəkəsinə qoşulması üçün ayrıca texniki şərtlərin və layihə sənədlərinin alınması, həmçinin qoşulma xidmətinə görə ödəniş tələb olunmur.