22 dekabr Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaranması günüdür
  • Publikasiya tarixi2023-12-22 18:21:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentlik elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir.

EMTA ötən dövr ərzində fəaliyyət istiqamətləri üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, istehlakçı hüquqlarının qorunması, şəffaflığın və məlumat əlçatanlığının təmin olunması, xidmətlərin elektronlaşdırılması, eləcə də bərpaolunan enerji mənbələri və enerji tənzimlənməsi sahələrində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib.  

Normayaratma fəaliyyəti üzrə

Bu müddət ərzində EMTA tərəfindən tənzimləmə, nəzarət və qiymətqoyma istiqamətləri üzrə 35 normativ hüquqi akt layihəsi hazırlanmış, onlardan 20-si qüvvəyə minmiş, 3-ü normayaratma orqanına təqdim edilmiş, 12-i isə aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırma (vizalanma) mərhələsindədir.

Tənzimləmə və nəzarət fəaliyyəti üzrə

Müvafiq dövr ərzində EMTA tərəfindən tənzimləmə və nəzarət fəaliyyəti üzrə 75890 tədbir icra olunub. Bu tədbirlərdən 34551-i tənzimləmə və nəzarət, 40351-i müraciət, 959-u inzibati tədbirlər, 29-u isə beynəlxalq əməkdaşlıq üzrə olub.

BOEM-ə dair həyata keçirilən layihələrdə rolu üzrə

 Layihələrin inteqrasiyası ilə bağlı texniki şərtlərin və tariflərin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Xidmətlərin elektronlaşdırılması üzrə

 EMTA tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması məqsədilə Elektron xidmətlərin informasiya sistemi yaradılmış, hazırda isə sözügedən sistemin digər dövlət qurumlarının informasiya sistemləri, ehtiyatları ilə inteqrasiyası üzrə işlər davam etdirilir.

 Beynəlxalq əməkdaşlığa dair

EMTA enerji tənzimləmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir sıra ölkələrin tənzimləyici qurumları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini genişləndirmək  məqsədilə əhəmiyyətli işlər görür.