Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Karyera bloqu”nun növbəti müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İqtisadi təhlil, tarif və statistika şöbəsinin İqtisadi təhlil və statistika sektorunun müdiri Vüsal Səttərovdur.
Vüsal Səttərov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Maliyyə” ixtisası üzrə bakalavr, “Maliyyə nəzarəti və audit” ixtisası üzrə isə magistr təhsili alıb.
EMTA-da əmək fəaliyyətinə 2021-ci ildə aparıcı mütəxəssis kimi başlayıb. Yerli və beynəlxalq şirkətlərdə maliyyə sahəsi üzrə təcrübəyə malik olan Vüsal Səttərov əmək fəaliyyəti müddətində bir sıra nailiyyətlər əldə edib. O, beynəlxalq maliyyə qurumu olan ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən həyata keçirilən imtahanlardan yüksək nəticə əldə edərək, 13 ACCA sertifikatından 12-ni əldə edib. Çalışdığı qısa müddət ərzində fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və 2023-cü ilin iyul ayından etibarən sektor müdiri vəzifəsinə təyin olunub.
EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
Agentlikdə olan cari fəaliyyətim tənzimləmə subyektləri üzrə daxil olan illik, rüblük, aylıq məlumatların iqtisadi təhlillərinin aparılması, tənzimlənən sahələr üzrə əldə edilmişməlumatlaraəsasən qurulmuş tarif modelinə və təkmilləşdirilmiş tarif metodologiyasına əsasən tarif təkliflərinin hazırlanması, həmçinin yanacaq-enerji balansı üzrə nəticələrin icrasına nəzarət və BOEM layihələri üzrə investorların təqdim etdiyi tarif təkliflərinin dəyərləndirilməsi kimi işlərin icrasından ibarətdir.
İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?
İşimin ən sevdiyim tərəfləri əldə etdiyim beynəlxalq maliyyə biliklərini tətbiq edəcək layihələrdə iştirak etmək, ixtisaslı komanda yoldaşları və rəhbərlərlə çalışaraq özünü inkişaf etdirməkdir. Həmçinin çalışdığım sahənin yeni çağırışlara uyğun olması və bərpaolunan enerji sahəsində həm texniki, həm də iqtisadi biliklərə yiyələnmə imkanının mövcudluğu işimin müsbət cəhətlərindəndir.
Sizin fikrinizcə, iqtisadi təhlil və statistika sahəsində karyera qurmaq istəyən şəxs hansı bacarıqlara sahib olmalıdır?
Bu sahədə karyera qurmaq istəyən şəxslərin analitik düşüncə qabiliyyəti, eləcə də maliyyə və iqtisadiyyat üzrə bilikləri yüksək səviyyədə olmalıdır. Eyni zamanda, məlumatların təhlili üçün data proqramları üzrə biliklərini daim inkişaf etdirməli və data təhlili və maliyyə modelləşdirilməsi üzrə ixtisaslaşmalıdırlar.
OPEC-in Beynəlxalq İnkişaf Fondunun nümayəndələri ilə görüş
Sizi öz işinizi daha yaxşı icra etməyə həvəsləndirən amillər hansılardır?
Agentlikdə eşəkar komanda ilə yüksək əhəmiyyət kəsb edən layihələrdə çalışaraq əməli uğurlara imza atmaq, həmçinin daim elektroenergetika və təbii qaz təchizatı üzrə tətbiq edilən yeniliklərin həyata keçirilməsində birbaşa iştirak etmək məni həvəsləndirən əsas amillərdəndir. Agentlikdə əmək fəaliyyətimə aparıcı mütəxəssis olaraq başlamışam və ikiillik fəaliyyətimdən sonra ötən ilin iyul ayında sektor müdiri olaraq vəzifə yüksəlişi əldə etmişəm. Həmçinin burada çalışdığım müddətdə ACCA üzrə ən çətin imtahanlardan 2-ni müvəffəqiyyətlə verərək növbəti uğura imza atdım. Qeyd edim ki, bu sertifikatları əldə etməklə, beynəlxalq maliyyə standartları, korporativ maliyyə, mühasibatlıq, audit üzrə biliklərə yüksək səviyyədə yiyələnmişəm. ACCA üzrə son sertifikatımı almaqla ACCA-ya üzv olmağı hədəfləyirəm.